30 manat ver, qıza nə istəyirsən et!

30.04.2013-cü il İqbal Ağazadə:"Neçə iclasdır söz istəyirik, nəhayət ki, bizə də bir söz çatdı. Seçki Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı Milli Məclisə və komitələrə bir neçə dəfə təkliflər vermişik. Təəssüflər olsun ki, bu təkliflərin heç biri müzakirəyə çıxarılmayıb və onlardan heç bir xəbər yoxdur. Seçki Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı verdiyimiz təkliflərə, – bir dəfə də burada soruşmuşam, – nədən ötrü baxılmır? Niyə istənilən deputat qanunvericilik təşəbbüsü ilə çıxış edəndə əgər bu, hakimiyyət maraqlarına uyğundursa baxırsınız, amma mən burada bütövlükdə müxalifət adından təklif vermişdim, onu hələ də müzakirəyə çıxarmamısınız? Biz Seçki Məcəlləsinə nə təklif edirdik? Bizim Seçki Məcəlləsinə etdiyimiz birinci təklif o idi ki, seçkilər səsvermə gününə azı 60 gün qalmış yox, 90 gün qalmış elan olunsun. Hamı deyir ki, dünyanın müxtəlif ölkələrində olan təcrübələrə görə təbliğat aparmaq üçün 23 gün, 25 gün yetərlidir. Bəli, dünyanın müxtəlif ölkələrində bu tipli mə-sələlər var. Amma o ölkələrdədir ki, orada bu məqsədlə televiziyadan, xalqla görüşdən, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun verdiyi imkanlardan – hər şeydən isti-fadə edilir. Azərbaycanda biz bunlardan istifadə edirikmi? Keçən bazar günü Sumqayıt şəhərində biz dövlət tərəfindən maliyyələşən partiya qismində tədbir keçirirdik. Mən Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənova da bu barədə dedim. Bir polis gəlib ağına-bozuna baxmadan, mən belə istəyirəm, burada tədbir keçirilməyəcək deyə tədbiri pozdu. Deyirəm, ay bala, niyə, hansı qanuna söykənirsən, niyə söykənirsən, nədən ötrü, kimsən sən? Deyir, çıxın, çıxmasanız hamını həbs edəcəyik və içəri dolduracağıq. Belə şəraitdə 23 günə nə etmək mümkündür? Şərait olsaydı, əhali ilə görüşmək imkan-larımız olsaydı, bu başqa məsələ. Amma eyni zamanda, hörmətli həmkarımız Əli Əhmədov bütün regionlarda Yeni Azərbaycan Partiyası adından görüşlər keçirir. Bəs niyə bizə icazə verilmir? Niyə Ümid Partiyasının Sabirabadda, Sumqayıtda, İmişlidə və başqa rayonlarda konfransları dağıdılır, amma Yeni Azərbaycan Partiyasının eyni tədbirləri çox rahat keçir? Eyni hal Azərbaycan Xalq Cəbhəsinin başına gəlib, Müsavat Parti-yasının başına gəlib. Bəs siz əgər Seçki Məcəlləsində bunu nəzərdə tutursunuzsa, 23 günə 70 inzibati vahidi və 125 dairəni əhatə edən müxalifət hansı resurslarla, necə iştirak etsin? Ona görə də biz təklif etmişdik ki, 90 günə qaldırılsın. İkinci, bizim təkliflərdə kifayət qədər aydın şəkildə Mərkəzi Seçki Komissiyasının, dairə və məntəqə seçki ko-missiyalarının formalaşdırılmasından söhbət gedirdi. Nə Mərkəzi Seçki Komissiyasında, nə dairə, nə də məntəqə seçki komissiyalarında bizim hüquqlarımız tanınıb. Mən buna bu gün də buradan birmənalı şəkildə etiraz edirəm, bunu cənab Sədrin də diqqətinə çatdırmışam. Dairələrin hamısı saxta arayışlar təqdim edirlər. Guya bizim üzvlərə məlumat veriblər, məntəqələrdə təmsil olunmaq üçün siyahını istəyiblər, amma demə, poçt xidməti yararsız olub və poçt onlara çatdırmayıb, iclasın da vaxtı keçib. Bu nə oyunbazlıqdır? Hara qədər gedəcək bu oyunbazlıq? Qarşıdan seçki gəlir. Bir məntəqədə bizimkilər iştirak etmirsə, müxalifət iştirak etmirsə, nədən söhbət gedir? Ona görə hesab edirəm ki, bu edilən dəyişikliklərdən daha çox ümumən Azərbaycan cəmiyyətinin təklif etdiyi dəyişiklikləri həyata keçirmək lazımdır. Mən bundan əvvəl cari məsələlərdə də çıxışa yazılmış-dım. Bir məsələyə xüsusi diqqət ayırmaq istəyirdim. Gürcüstandan olan soydaşlarımız uzun illərdir bizim Miqrasiya Xidmətindən əziyyət çəkirlər. Onların Azərbaycana gəlib getməyi və yaxud burada yaşaması az qala 1500 dollara başa gəlir. Bunlar bizim soydaşlarımızdır və mütəmadi olaraq Azərbaycanla bu və ya digər şəkildə əlaqəlidir. Onların Azərbaycana gəliş-gedişinin sadələşdirilmiş formada həyata keçirilməsini və hüquqlarının qorunmasını təmin etmək orada problemlərin olmaması və soydaşlarımızın güvənli Azərbaycan dövlətinə söykənməsi üçün çox vacibdir. Mən hesab edirəm ki, bu məsələlər barəsində, nəhayət ki, Milli Məclis ciddi düşünməli, mərkəzi, dairə və məntəqə seçki komissiyalarının formalaşdırılmasından tutmuş ümumən Seçki Məcəlləsinə bizim etdiyimiz təklifləri Prezident seçkiləri öncəsi yenidən müzakirəyə çıxarıb baxmalıdır. Çox sağ olun"